Ukrayna kabinetində əcnəbi nazirlər

Ukraynada yeni hökumətin tərkibi müəyyən olunub. Ötən gün Ali Radada keçirilən səsvermədə qanunvericilərin əksəriyyəti yeni hökumətə etimad göstərib. 288 deputat hökumətin lehinə səs verib. Yeni hökumətin tərkibində baş nazir Aresniy Yatsenyuk, daxil işlər naziri Arsen Avakov, müdafiə naziri Stepan Poltorak və Xarici işlər naziri Pavel Klimkin, təhsil və elm naziri Sergey Kvit və ədliyyə naziri Pavel Petrenko öz vəzifəsində qalıb.

Yeni nazirlər arasında isə, Ukrayna vətəndaşlığı olan əcnəbilər də var. Belə ki, ölkənin maliyyə naziri vəzifəsi amerikalı qadın siyasətçi – Natalya Yareskoya tapşırılıb. İqtisadi inkişaf naziri litvalı Ayvaras Abromoviçus, səhiyyə naziri isə, gürcü əsilli Aleksandr Kvitaşvili olub.

Ümumilikdə, hökumətin tərkibi 5 fraksiyaya ayrılmaqla 19 nazirdən təşkil olunub. Fraksiyalar isə belədir:

1. Pyotr Poroşenkonun bloku.
2. Milli Cəbhə.
3. Batkivşina.
4. Radikal partiya
5. Samopomoş.

Prezident Pyotr Poroşenko hökumətin tərkibində əcnəbi millət nümayəndələrinin olmasını beynəlxalq təcrübə adlandırıb. Poroşenko, eyni zamanda, Avropa Birliyi ilə əldə olunan əməkdaşlıq razılaşmasına da toxunub.

Pyotr Poroşenko: “Razılaşma ən mükəmməl şəkildə icra olunacaq. Bu Ukrayanın prioritet məsələsidir. Ukrayna ilə Avropa Birliyi ölkələri arasında vizasız rejimə keçid üçün heç bir bəhanə qalmayıb”

Ölkənin baş naziri Arseniy Yatsenyuk yeni hökumətə etmimad göstərdiyi üçün parlamentə təşkkür edib. …read more

From:: ANS