“Barselona” belə uduzdu (VİDEO)

İspaniya La Liqasında XXIV turun növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, ikinci matç günündə dörd qarşılaşma keçirilib.

“Barselona” doğma meydanda “Malaqa”nı qəbul edib. Lakin Luis Enrikenin yetirmələrinin bu görüşdə heç bəxti gətirməyib. Kataloniya klubun 0:1 hesabı ilə uduzub.

Turun digər matçında “Atletiko” “Almeriya”nı qəbul edib və Madrid təmsilçisi 3 cavabsız qolla oyunun taleyini həll edib – 3:0.

“Deportivo” doğma meydanda “Selta Viqo”ya uduzub – 0:2.

“Valensiya” səfərdə “Kordoba”dan üstün olub – 2:1.

Qeyd edək ki, La Liqada 24-cü tura fevralın 23-ü millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Qranada” ilə “Levante” görüşü ilə yekun vurulacaq.

21 fevral
İspaniya La Liqası, 24-cü tur

“Barselona” – “Malaqa” – 0:1
Qol: Juanmi, 7 (0:1)

“Kordoba” – “Valensiya” – 1:2
Qollar: Qomes, 38 (0:1), Qilas, 74-pen. (1:1), Piatti, 81 (1:2)

“Atletiko” (Madrid) – “Almeriya” – 3:0
Qollar: Mandzukiç, 13-pen, Qriezmann, 20, 29

“Deportivo” – “Selta Viqo” – 0:2
Qol: Karles, 46 …read more

From:: ANS