Əli Həsənov: “Azərbaycan istəyir ki…”

Zaman-zaman Minsk qrupunun həmsədr ölkələrinin təmsilçilik məsələsi müzakirəyə çıxarılıb. Azərbaycan Minsk qrupunun fəaliyyətsizliyindən öz etirazını, narazılığını bildirib.

ANS PRESS-in məlumatına görə, bunu Ankarada jurnalistlərə Minsk qrupunun həmsədrliyinə Almaniya və Türkiyənin qoşulması məsələsinə münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Minsk qrupunun fəaliyyətsizliyinin sonu olaraq Azərbaycan torpaqları 20 ildən artıqdır işğal altındadır: “Buna görə də Azərbaycan davamlı olaraq Minsk qrupunun həmsədrlərindən fəaliyyətlərini artırılmasını tələb edir.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan istəyir ki, həmsədrlikdə hansı ölkənin təmsilçiliyindən asılı olmayaraq, fəaliyyətlərini gücləndirməlidirlər, beynəlxalq hüquqa söykənərək hadisələrə obyektiv qiymət verməlidirlər.

Xatırladaq ki, ATƏT PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyəti Minsk qrupunun həmsədr ölkələrinə Almaniya və Türkiyənin də qoşulması təklifi ilə çıxış edib. …read more

From:: ANS