Messinin qaynatasının evini apardılar (FOTO)

Arqentinanın Funes şəhərində silahlı cinayətkarlar “Barselona” və Argentina yığmasının futbolçusu Lionel Messinin həyat yoldaşının valideynlərinin evini soyublar.

ANS PRESS-in məlumatına görə, bu haqda yerli “infobae” saytı xəbər verib.

Fevralın 21-də cinayətkarlar üç şəxsi evi soyublar. Bunlardan biri Messinin arvadı Antonella Rokussonun valideynlərinə məxsus ev olub.

Evdən pul və şəxsi əşyalar oğurlanıb. Polis hadisənin araşdırılmasına başlayıb.

…read more

From:: ANS