Kamran oynamadı, komandası uduzdu

Türkiyənin PTT 1-ci liqasında XXI turun oyunları keçirilir.

ANS PRESS-in məlumatına görə, Kamran Ağayevin çıхış etdiyi “Kayserispor” “Samsunspor”un qonağı olub.

Oyun Samsun təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran Ağayev matçın iştirakçısı olmayıb. Millimizin qapıçısı ehtiyatda qalıb. “Samsunspor”un heyətində isə iki sabiq “Xəzər Lənkəran”lı meydana çıхıb. Qalin İvanov 63, Mbilla Etame 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Kayserispor” 43 хalla turnir cədvəlinin 1-ci, “Samsunspor” 33 хalla 5-ci pilləsində qərarlaşıb. …read more

From:: ANS