27 yaşlı polis işçisi qəfildən ölüb (FOTO)

Zaqatalada gənc polis əməkdaşı qəfildən dünyasını dəyişib.

ANS PRESS-in APA-ya istinadən verdiyi xəbərə görə, Rayon Polis Şöbəsinin pasport və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis baş-leytenantı Məhəmməd Abdullayev ürək çatışmazlığından ölüb.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 27 yaşlı M. Abdullayev iki gün əvvəl Abşeron rayon Polis Şöbəsinə təyinat alıbmış. O, yeni təyinatı ilə əlaqədar Bakıya gedərkən qəfildən dünyasını dəyişib.

…read more

From:: ANS