Sarkisyan hesab verəcək

Cinayətkar Serj Sarkisyan məhkəmə qarşısında cavab verəcək. Sarkisyanın əməlləri ona baha başa gələcək.

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə Milliyətçi Hərəkat Partiyasından olan millət vəkili Sinan Oğan Ankarada Xocalı soyqırımı ilə əlaqədar keçirilən “Empathy2015: 100 ilə qarşı 100 il” adlı tədbirdə bildirib.

“Biz haqlıyıq. Biz soyqırıma uğrayan bir xalqıq. Gerçək soyqırımı törədən hazırkı Ermənistan prezidenti Serj Sarkisyandır. O dövrdə müdaifə naziri olan Sarkisyan dəfələrlə bəyan edib ki, Xocalı qətliamını ona görə törətdildi ki, bizim zarafat etmədiyimizi başa düşsünlər. Əminəm ki, Sarkisyan əvvəl axır məhkəmə qarşısına çıxacaq. Xocalının hesabını verəcək”, -deyə Sinan Oğan sözlərinə əlavə edib.

Sinan Oğan Türkiyə Böyük Millət Məclisinin Xocalı soyqırımını tezliklə qəbul edəcəyinə də ümid etdiyini söyləyib. …read more

From:: ANS