Qurbanovun yeni baş məşqçisinin kimliyi məlum oldu

Ruslan Qurbanovun transfer olunduğu “Hayduk”un yeni baş məşqçisi müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Split təmsilçisini bundan sonra Stanko Poklepoviç çalışdıracaq.

77 yaşlı mütəхəssis artıq komandanı ilk məşqə çıxarıb. Onun rəhbərliyi altında ilk qarşılaşma isə bu gün “Lokomotiv”ə qarşı olacaq.

Qeyd edək ki, İqor Tudorun istefasından sonra “Hayduk” baş məşqçisiz qalmışdı. Stanko Poklepoviç 1984-1986, 1991-93 və 2010-cu illərdə də “Hayduk”un baş məşqçisi olub. O, həmçinin İran və Xorvatiya millilərini də çalışdırıb. …read more

From:: ANS