Ruslan Abışov: 150-ci oyunda 10-cu qol

“Qəbələ”nin futbolçusu Ruslan Abışov üçün Topaz Premyer Liqasının XXIII turu iki yubileylə əlamətdar olub.

ANS PRESS-in məlumatına görə, “Xəzər Lənkəran”la qarşılaşmada Azərbaycan çempionatlarında 150-ci matça çıxan müdafiəçi 10-cu qolunu vurub.

Bununla da komandasının 3:1 hesablı qələbəsində pay sahibi olan 28 yaşlı futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. İlk görüşünü “Neftçi”nin heyətində keçirən arxa xətt oyunçusu paytaxt təmsilçisində 115 matçda 7, “Xəzər Lənkəran”da isə 17 qarşılaşmada 1 qol vurub. “Qəbələ”də ilk mövsümünü keçirən Abışov 18 oyunda 2-ci dəfə fərqlənməklə qol sayını 10-a çatdırıb. …read more

From:: ANS