Maydanın 1 yaşı

Moskvada ötən il Ukraynanın paytaxtı Kiyevdə “Avromaydan” hərəkatının ildönümü ilə bağlı aksiya keçirilir. Aksiya özünü “Antimaydan” adlandıran hərəkat tərəfindən təşkil edilib.

“Antimaydan”çılar Kiyevdə bir il əvvəl yüzlərlə etirazçının öldürüldüyü və Yanukoviç hakimiyyətinin devrildiyi hadisələri “çevriliş” adlandırıb.

Moskvadakı aksiya “Maydanın 1 yaşı. Unutmayacağıq, bağışlamayacağıq” şüarı altında keçirilir. Aksiyaya 27 mindən çox adamın toplaşdığı bildirilir.

Sosial şəbəkələrdə inqilablara və çevrilişlərə qarşı çıxan hər kəsin bu gün Moskvadakı yürüşə qatılmasına çağırışlar edilib.

Yürüş İnqilab meydanında mitinqlə başa çatacaq. …read more

From:: ANS