Bakıda sirkə qadını öldürdü

Sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş qadın orada ölüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 17-də Bakının Yasamal rayonu ərazisində yaşayan Könül Quliyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, 3 gündən sonra, fevralın 20-də orada ölüb.

Faktla əlaqədar araşdırma aparılır. …read more

From:: ANS