Balaxanı zibilliyindən silah-sursat çıxdı

Bakının Balaxanı qəsəbəsi ərazisindəki zibillikdən silah-sursat tapılıb.

Bu badərə məlumat ANS PRESS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilib.

Nazirliyin məlumatında qeyd edilir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən döyüşə yararsız 2 ədəd pnevmatik tapança, 1 ədəd alışdırıcısız “F-1” qumbarası, 1 ədəd patron darağı və 195 ədəd müxtəlif çaplı patron tapılıb.

Sursat Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” ASC-yə məxsus ərazidə açkar edilib.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS