Neftimiz bahalaşdı

Dünya birjalarında neftin qiyməti yenidən qalxıb.

ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01% bahalaşaraq 60,22 dollar olub.

WTI neftinin qiymətində isə 1,02% ucuzlama müşahidə olunub. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatları zamanı WTI neftinin qiyməti 1 barelə görə 50,81 dollar təşkil edib.

Azərbaycanın yüngül neftinin qiymətində dəyişiklik olub. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə fevralın 20-də yüngül neftin qiyməti 63,42 dollara çatıb. …read more

From:: ANS