Mir Şahinə ağır itki

Fevralın bu soyuq günlərində ANS kollektivinə daha bir itki. Kollektivin sevimlisi, Milli Qəhrəman Çingiz Mustafayevi, ANS Şirkətlər Qrupunun rəhbərləri Vahid və Seyfulla Mustafayevləri dünyaya bəxş etmiş Naxış xanım Mustafayeva bizi tərk elədi. Bunun ardınca, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayevin bacısı Nazənin xanım dünyasını dəyişdi.

Dərin hüznlə bildiririk ki, Nazənin xanım uzun müddət xəstə idi. Türkiyədə və Azərbaycanda onun sağlamlığı uğrunda aparılan mübarizə nəticə vermədi və Tanrı öz sevimli bəndəsini dərgahına apardı.

Biz Vahid və Seyfulla Mustafayevlərə başsağlığı diləyir, kollektivimiz adından Mir Şahin Ağayevə səbr diləyirik.

Allah rəhmət eləsin! …read more

From:: ANS