Sunaminin şok görüntüləri (VİDEO)

Bir neçə il öncə Yaponiyada minlərlə insanın ölümünə səbəb olan sunami fəlakətinin yeni görüntüləri ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, Yaponiyada 2011-ci ildə baş verən təbii fəlakətlərin üzərindən 4 il keçdikdən sonra hadisə ilə bağlı yeni görüntülər bu gün yayımlanıb.

Yeni yayımlanan görüntülərdə bir anda prospektdə dolan sulardan qaçmağa çalışan insanlar görünür. Həmçinin avtomobillərin çaxnaşması açıqca müşahidə edilir.

Qısa bir müddət ərzində şəhərə dolan sular qarşısına çıxan hər şeyi sürüməyə başlayır.

Qeyd edək ki, həmin təbii fəlakət zamanı 15 min 828 adam həlak olub, 3760 nəfər isə itkin düşüb.

…read more

From:: ANS