Rusiya iqtisadiyyatı batır

Moody’s Beynəlxalq Reytinq Agentliyi Rusiya ilə bağlı növbəti qərarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın suveren kredit reytinqi “Baa3″dən “Ba1″ə endirilib. Əsas səbəb kimi Ukrayna böhranı, neftin qiymətinin, rublun məzənnəsinin düşməsi göstərilib.

Bundan başqa agentlik 2015 – 16-cı illərdə Rusiyadan 400 milyard dollar həcmində kapitalın çıxarılacağını proqnozlaşdırır.

Rusiya Maliyyə Nazirliyindənsə bildiriblər ki, belə pessimizmə əsas görmürlər. …read more

From:: ANS