Günün bürcü: romantik anlar yaşanacaq

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – istənilən danışıqlar və müzakirələr üçün əlverişli vaxtdır. Fikirlərinizi dəqiq izhar edin. Kimsənin mənafelərinə toxunmadan maraqlarınızı müdafiə edin.

İşdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Kadr dəyişiklikləri istisna deyil. Mövqeləriniz daha da möhkəmlənəcək. Yeni ideyalar peyda olacaq və onların bir qismini reallaşdıra biləcəksiniz. Həmin ideyalar yalnız sizin üçün sərfəli deyil.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı nümayiş etdirə biləcəksiniz.
Sənədlərin imzalanması, sövdələşmə və müzakirələrdə sayıq, ehtiyatlı olun.

Buğa – hadisələrin məcra etdiyi istiqamətdən asılı olmayaraq təmkininizi pozmayın, soyuqqanlı davranın. Emosiyaların köləsinə çevrilməsəniz olaylar sonucda siz istəyən istiqamətdə və yöndə olacaq.

Düşünülmüş addımlar iş yoldaşları və rəhbərliklə münaqişələrdən yayınmağa imkan verəcək. Yaxşı məsləhətlərə qulaq asın. Boş söhbətlərə, puç iddialara və absurd tələblərə qulaq asmayın.

Yaxşı tanımadığınız insanlar yaşamınıza müdaxilə etməyə cəhd göstərəcəklər. Köhnə dostlarla görüş istisna deyil. Ümumi biznes-layihənin müzakirəsi başlana bilər.

Axşam saatlarında romantik anlar yaşanacaq. Amma bu hisslər ciddi olmayacaq.

Əkizlər – yaradıcı fəaliyyət üçün əlverişli gündür. Sadə həllər və sınanmış metodlar sizi təmin etməyəcək.

Hətta ən rutin işləri yaxın ətrafınızdakı insanları təəccübləndirəcək şəkildə görməyə çalışmayın. Fəaliyyət sahəsinin genişlənməsi istsina deyil. İşdə yeni tapşırıqlar peyda olacaq.

Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Ailə üzvləri və qohumlardan biri ilə münasibətlərdə gərginlik yarana bilər. Sülhün bərqərar olması üçün güzəştə gedin.

Xərçəng – aktiv və zəhmətkeş olun. İntensiv iş sizə məqsədə çatmağa imkan verəcək. Çətin problemlər, mühüm qərarları təkbaşına qəbul etmək perspektivi sizi çəkindirməsin.

Planlaşdırma, prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı müşküllər yarana bilər. Amma narahat olmayın, təmkinli davranın. Diqqətə layiq olmayan işlərə vaxt ayırmayın.
Yeni layihələrə başlamaqdan qorxmayın.

Yeni iş, sifariş və ya layihə potensialınızı tam nümayiş etdirməyə imkan verəcək.
Şəxsi münasibətlər müstəvisində yaranan problemi həll edəcək, sevimli insanla münasibətləri qaydaya salacaqsınız.

Axşam saatları aktiv istirahəti seçin. Evdə çalışın və ya gəzintiyə çıxın.

Şir – günün emosional fonu əlverişlidir. Axşam saatlarına …read more

From:: ANS