“Playboy”un erməni ulduzu həbs edildi

“Estoniya Avropa hərəkatı”ndan tanınan qalmaqallı erməni Anna Mariya Qaloyan Böyük Britaniyadan Tallinə həbsxanaya gətirilib.

ANS PRESS-in məlumatına görə, Tallində Qaloyanı 48 min avro dəyərində bədxərclik etdiyinə və sənədlərin saxtalaşdırılmasına görə həbs gözləyir. Qaloyan “Estoniya Avropa hərəkatı” kassasından oğurladığı pulları bahalı geyimə, bəzəklərə və gözəllik salonlarına xərcləyib.

Britaniyada Qaloyan üç il Estoniya ədalət məhkəməsindən gizlənib. Məhkəmə onu 1 il 10 ay müddətinə həbsə məhkum etmişdi.

2011-ci ildə Estoniya məhkəməsinin hökmündən sonra o Estoniyanı tərk edib. Əvvəlcə Britaniya məhkəməsi onu verməkdən imtina edib. Estoniya tərəfinin Qaloyan haqda təkrar şikayətindən sonra Britaniya onu ölkədən çıxarıb.

Qaloyan parlament üzvü və Estoniyanın hakim “İslahatlar partiyası”nın üzvü olub. 2010-cu ildə o Playboy-un Estoniya versiyasında çəkilib. …read more

From:: ANS