Sarkisyan dediyinə əməl etməzsə … (VİDEO)

Rəsmi İrəvan hər ötən gün iqtisadi böhranın daha da dərinliyinə yuvarlanır. Bu ölkədə işlədiyi maaşını ala bilməyənlər bu gün küçələrə çıxmışdılar.

ANS TV-nin məlumatIna görə, İrəvanda hökumət binası qarşısında yüzlərlə şəxs əmək haqqı tələbi ilə aksiya keçirib. “Nairit” zavodunun aylardır ki, məvacib ala bilməyən işçilərinin növbəti dəfə Ermənistan Nazirlər Kabinetinin binası qarşısında etiraz mitinqi baş tutub. Bir neçə gün əvvəl Ermənistan rəhbərliyi zavod işçilərinə, fevralın 20-ə qədər maaşların ödəniləcəyinə söz vermişdi. Lakin verilən vəd yerinə yetrilmədiyindən etirazçılar bu yolla məsələyə aydınlıq gətirilməsini istəyiblər.

Aksiya iştirakçıları cavab verilməyəcəyi təqdirdə Sarkisyanın iqamətgahına doğru irəliləyəcəklərini təkid ediblər.

Ermənistan hökumətinin “Nairit” zavodunun işçilərinə 18 aylıq məvaciblərinə görə ödəniləsi 15 milyon dollar borcu yaranıb. Pulunu ala bilməyən 100-lərlə zavod işçisi bundan əvvəl də dəfələrlə hökumət binası və prezidentin iqamətgahı qarşısında aksiya keçiriblər. Bu hallar Ermənistanda sosial vəziyyətin günü-gündən ağırlaşmasından xəbər verir. Aylarla əmək haqlarının verilməməsi, bahalaşma, iqtisadi böhran erməni ailələrini küçəyə çıxmağa vadar edir. Ermənistan rəhbərliyinin siyasi arenada gərgin günlərini yaşayır.

Bu arada bir qrup deputat prezident Serj Sarkisyanın impiçmenti tələbi parlamentdə məsələ qaldırıb.

…read more

From:: ANS