Lamiyənin havasız 12 ili (VİDEO)

Lamiyə Qulieva nəhayət azadlığa çıxdı. Bir neçə aydır mətbuatın gündəmini zəbt eləmiş Lamiyə Quliyeva barəsində məhkəmə gözlənilən qərarı verdi. Şəmkir rayonunun sabiq başçısı olmuş Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən bu xanım cəzasını 10 il çəkdikdən sonra da həbsxanadan çıxa bilməmişdi. Səbəb onun barəsində açılan və yenidən cəza aldığı cinayət işləri göstərilirdi. Amma Lamiyənin evli olmadan həbsxanada hamilə qalması, səsini mediya vasitəsi ilə çatdırması olaylara yenidən hüquqi müstəvidə baxmağa vadar etdi.

2003-cü ildə Şəmkirin keçmiş icra hakimiyyəti başçısı Aslan Aslanovun oğlunu öldürən və bu günlərdə həbsxanada ana olması ilə gündəmə gələn məhbus Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxıldı. Bu gün Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevanın cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest təmin edildi. Lamiyə körpəsi ilə birgə arzuladığı azadlığına qovuşdu.

“2003-də bu günə qədər çox ədalətsizliklərlə qarşılaşdım. Bu məddət ərzində bir çox haqsızlıqlarla rastlaşdım. Belə ki, cəza içində cəzalandırıldım. Şükür ki, bu gün dövlətin və ədalətli insanların sayəsində haqq və ədalət gec də olsa, öz yerini tapdı. Artıq mənə belə bir şans verildi ki, məhz övladımı azadlıqda böyüdüm”, – deyə Lamiyə Quliyeva bildirdi.

28 yaşlı Lamiyə Quliyeva qətl törətdiyinə görə aldığı 10 il həbs cəzasını çəkib qurtarmışdı. Lakin sonradan onun barəsində cinayət məcələsinin 317-ci cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma maddəsi ilə əlavə cinayət işi başlanaraq cəzası 5 il 6 ay artırılmışdı.

Medianın gündəminə bomba kimi düşən Lamiyə işi ilə əlaqədar iddialar var idi ki, onun həbsxanada qalmasında maraqlı şəxslər var və s. Sonradan Lamiyə olayına ANS-in efirində son qoyuldu. 4 saylı qadın cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyənin necə ana olması, uşağının atasının kimliyi kimi məsələlərə aydınlıq gətirmişdi.

Bu gün isə onu düşündürən övladını azad böyütməkdi. Lamiyə məhkəmədən çıxar-çıxmaz diqqətimi bir məsələ çəkdi. Həyatnın uşaqlıq, gənclik illərini, ümumilikdə 12 ilini cəza çəkən qadın, onu əhatəyə almış, sual yağışına tutan jurnalistlərdən yalnız bir söz soruşurdu, mənə qapını göstərin, çıxış hardadır?

Sanki onu yenidən müəssisəyə …read more

From:: ANS