Balotelli üzr istədi

“Liverpul”un italyan hücumçusu Mario Balotelli “Instagram” səhifəsində paylaşdığı şəklə görə yəhudilərdən üzr istəyib. ANS PRESS-in məlumatına görə, buna görə qalmaqallı futbolçunu irqçilikdə ittiham edirdilər.

“Mən üzr istəyirəm, əgər kimisə incitdimsə. Mən irqçiliyə qarşı mövqeyimi yumor hissi ilə bildirmək istədim.Amma indi mənə aydındır ki, bu əks effektə malik ola bilərdi. Bütün meksikalıların bığı olur, qaradərili insanların hamısı tullanmır və yəhudilərin heç də hamısı pulu sevmirlər. Mən cizgifilm qəhrəmanı “Supermario”nun karikaturasını paylaşdım və bunun daha gülməli olacağını düşündüm. Heç kəsi təhqir etmədim. Bir daha üzr istəyirəm. Yenə,” bağışlayın”, – deyə “Twitter” səhifəsində Balotelli yazıb.

Xatırladaq ki, Balotellinin “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı şəkildə belə yazılıb: “İrqçi olmayın! Mario kimi olun. O, yaponlar tərəfindən yaradılan italiyalıdır, meksikalı kimi görünür, qaradərililər kimi tullanır, yəhudilər kimi isə qəpik yığır”.

İngiltərə futbol assosiasiyası bu məsələylə bağlı araşdırmaya başlayıb və Balotellinin beş oyunluq cəzalandırılacağı gözlənilir. …read more

From:: ANS