Bakıda 1000 manata yolka (VİDEO)

Yeni ilə hələ bir müddət qalsa da, artıq satış mərkəzlərində bu bayramın atributları və yolkalarına rast gəlmək olar.

ANS TV-nin məlumatına görə, magazalara nəzər salsaq, müxtəlif ölçüdə yolkalar, oyuncaqlar, şaxta babalar və yeni il üçün bəzək əşyaları göz oxşayır. Satıcılar deyir ki, müştərilər də artıq yeni il atributlarını və hədiyyələri almağa başlayıblar. Seçimlər isə müxtəlifdir.

Qiymətlər də yolkaların ölçülərinə görə dəyişir. Kiçik ölçüdə olan yolkalar ən aşağı – 5 manatdan satılır. Ən hündür yolkalar isə 250-500-1000 manat arası dəyişir.

Yeni il ab-havası tək satış mərkəzlərində deyil, elə paytaxtın özündə də hiss olunur. Ənənəvi olaraq yeni il yolkasının Fəvvarələr meydanında quraşdırılması demək olar ki, sona çatıb. Bu Yolkanın hündürlüyü 22 metrdir. Yolka ətrafında cürbəcür oyunacaqların, qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarının yaradılması nəzərdə tutulub. Quraşdırma işlərinin getməsinə baxmayaraq, yaxınlıqdan keçən insanlar yolka qarşısında şəkil çəkməyə də fürsət tapırlar. Sorğu apardığımız zaman Yeni ili paytaxtın mərkəzində qarşılamaq istəyənlər də oldu, ölkədən kənarda qeyd etmək istəyənlər də.

Fəvvarələr meydanında konsert və tamaşa üçün də səhnə quraşdırılıb. Keçən illə müqayisədə yeni ildə sayyar restoran da fəaliyyət föstərəcək. Bu da gəzinti zamanı uşaqların və valideynlərin yeməklə təminatına imkan verəcək.

…read more

From:: ANS