Türk şairləri Bakıda görüşdü (VİDEO, FOTO)

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində noyabrın 27-dən dekabrın 1-inədək müxtəlif türk ölkə və topluluqlarını təmsilən bir qrup gənc şair və yazıçı respublikamızda səfərdə olub.

DGTYB-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan layihə çərçivəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan, Çuvaşıstan, Qaqauz Yeri (Moldova), İraq (Türkmaneli), Rusiya paytaxtı Moskvadan təşrif buyurmuş gənc yazarlar Azərbaycanlı həmkarları ilə tanış olmaqla yanaşı, bir sıra önəmli görüş və müzakirələrdə iştirak ediblər.

Layihə çərçivəsində Akademik Milli Dram teatrında Türk Dünyası gənc şairlərinin şeir şöləni keçirilib.
Ədəbi ictimaiyyətin tanınmış nümayəndələrinin, sənətçilərinin, aydınların, QHT və KİV təmsilçilərinin, tələbə-gənclərin iştirak etdiyi tədbirdə, müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər – Musab Kırca, Haticə Üzgül (Türkiyə), Erkinbek Serikbay (Qazaxıstan), Nilufər Şıxlı (RF, Moskva), Altınbek İsmayil (Qırğız Respublikası), Şoxista Ortikova, Mahfuza Ortikova (Özbəkistan), Alla Böyük (Qaqauz Yeri), Rıfat Salah (Tatarıstan), Aybəniz Küzəçi (İraq, Türkmaneli), Dmitriy Moiseev (Çuvaşistan), Kamil Bensgier (M.Qorki ad. Ədəbiyyat İnstitutunun Yekaterinburqlu tələbəsi), eləcə də Azərbaycanda fəaliyyət göstərən müxtəlif ədəbi qurumların nümayəndəsi olan gənc şairlər səhnə alıblar. Onların parlaq ifalarını tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Şeir gecəsinin musiqili qonaqları, vətənpərvər mahnıları ilə sevilən sənətçi Şəmistan Əlizamanlı, əməkdar artist Aybəniz Haşımova, gənc aşıq Elməddin Məmmədli, ustad aşıq Məhərrəm Hüseynlinin ifaları şeir məclisini daha da rəngarəng ediblər.

Tədbirdə çıxış edən TÜRKSOY təmsilçisi Malik Otarbayev TÜRKSOY başqanı Dusein Kaseinovun salamlarını çatdırdıqdan sonra, qurum adından Türk Dünyası ədəbiyyatı ilə bağlı görülən işlərə görə Əkbər Qoşalı və gənc yazar Əfsanə Ələsgərlini TÜRKSOY plaketi ilə təltif edib.
Türksoylu yazarlar Azərbaycanda olquqları müddətdə paytaxt Bakının tarixi yerləri ilə də tanış olublar.

Qeyd edək ki, layihə türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər) arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, …read more

From:: ANS