Bakıda küçə itlərini kim öldürür? (VİDEO)

Son vaxtlar küçə itlərinin amansız öldürülməsi faktlarına tez-tez rast gəlinir.

ANS TV-nin məlumatına görə, bu günlərdə sosial şəbəkələrdə paylaşılan şəkillər vəziyyətin hələ də acınacaqlı olmasından xəbər verir. Şəkillərdə aydın görünür ki, küçə itləri odlu silahla öldürülərək məhv edilib. Hadisənin isə Lökbatan qəsəbəsində baş verdiyi bildirilir.

Məsələ ilə bağlı Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə idarəsinin rəisi Əhməd Məmmədovla əlaqə saxladıq. O bizə bildirdi ki, qurumun baş verən bu hadisə ilə heç bir əlaqəsi yoxdur: “Bizim orada apardığımız son təmizlənmə işi bu ilin avqust ayında olub”.

Ümüd edirk ki, baş vermiş bu hadisə ilə hüquq-mühafizə orqanları yaxından məşqul olacaq və onların heyvanlara, sahibsiz olsalar belə zülm verərək bu tərzdə öldürmələri cəzasız qalmayacaq.

…read more

From:: ANS