65 min sərnişin hava limanında gecələdi

Türkiyənin İstanbul şəhərində qarlı hava şəraiti ilə əlaqədar aviareysləri təxirə salmaq məcburiyyətində qalan aviaşirkətlər milyonlarla lirə dəyərində ziyana düşüb. Aviaşirkətlər son 3 gündə minlərlə aviareysi təxirə salıb.

ANS PRESS-in məlumatına görə. təkcə “Türk Hava Yolları” mindən çox reysi təxirə saldığı üçün hava limanlarında qalan sərnişinlərinin bir qismini otellərdə yerləşdirib. 8 min sərnişinin otel xərclərini ödəyən şirkət, 65 min sərnişini də hava limanlarında yerləşdirib. Sərnişinlər aeroportların konfrans zallarında və daxili xətlər salonunda gecələyiblər. 65 min sərnişinə yemək də paylanıb.

“Türk Hava Yolları”nın sərnişinlərini yerləşdirdiyi İstanbul otelləri dolduğundan, sərnişinlərin bir qismi Silivri və Çatalca bölgəsinin otellərinə göndərilib.

Qarın yağması aviaşirkətləri ziyana salsa da, otellərin və yemək tədarükü şirkətlərinin üzünü güldürüb. Şirkətlər bir günə bir aylıq normada yemək satışı həyata keçiriblər. …read more

From:: ANS