Səfirlik maşını qəzaya düşdü (FOTO)

Bu gün günorta saatlarında Bakının Səbail rayonu ərazisində səfirlik maşını qəzaya uğrayıb.

Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Puşkin küçəsində qeydə alınıb.

Belə ki, “İnfiniti” markalı avtomobillə “Toyota” markalı Türkiyə Səfirliyinə aid avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil ciddi şəkildə əzilib.

Bundan başqa, avtomobildə olan səfirlik işçiləri xəsarət alıb. Bildirilir ki, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS