Bakı-Sumqayıt yolunda gərginlik

Bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda şəhər istiqamətində böyük tıxac yaranıb.

Hadisə şahidlərindən ANS PRESS-ə verilən məlumata görə, Xırdalan postundan başlayan sıxlıq bu saatlara qədər davam edir.

Sürücülərin avtomobilləri yavaş idarə etməsi də vəziyyəti daha da çətinləşdirib. Tıxac Bakı Beynəlxalq Avtovağzalın yaxınlığına qədər uzanıb.

Məsələni araşdırmaq üçün Baş Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq. İdarədən ANS PRESS-ə verilən məlumata görə, əslində həmin ərazidə həmişə sıxlıq olur.

Verilən məlumata görə, bu gün hava şəraitinin əlverişsiz olması vəziyyəti daha da çətinləşdirib.

“Hazırda yağıntılı havada sürücülər maşını yavaş idərə edirlər deyə sıxlıq yaranıb”, – deyə idarədən bildirilib. …read more

From:: ANS