Bu ailə var-dövlətini meymuna vəsiyyət etdi (FOTO)

Hindistanda yaşayan varlı ailələrdən biri qəribə addımı ilə hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, ölkənin Uttar Pradeş əyalətində yaşayan Srivastava cütlüyü uşaqları olmadığı üçün 2004-cü ildən saxladıqları Çunmun adlı meymuna öz sevgilərini göstərməli olublar. Vaxt keçdikcə ailə meymuna daha çox öyrəşməyə başlayıb.

Bir sıra firma sahibi, ev, bağ-bağça sahibi olan ailə Çunmunu oğlulları kimi qəbul ediblər. Bütün bunlar azmış kimi onlar hamını heyrətləndirən daha bir addım atıblar. Belə ki, cütlük qohum-əqrəbaları ilə əlaqələrini kəsdikləri üçün bütün sərvətlərini meymunun adına keçiriblər.

Hazırda meymunun 10 yaşı olduğu bildirilir. Bundan başqa, onların vəsiyyətində əgər meymun onlardan əvvəl ölərsə həmin pulların digər meymunlara xərclənəcəyi də qeyd edilib.

…read more

From:: ANS