Neftin qiyməti ucuzlaşdı

Neft yenidən kəskin ucuzlaşmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ və Britaniya birjalarında neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunur.

“ICE London” qitələrarası birjasında “Brent” markalı neftin qiyməti 1 bareli 58 dollar təşkil edib. Bu, gün ərzində 4,36 faiz ucuzlaşma deməkdir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində son iki həftədə neftin qiymətinin qalxdığı göstərilsə də, ötən gündən etibarən neftin qiyməti 60 dollardan aşağı düşdüyü diqqət çəkir. …read more

From:: ANS