Güclü qar yağdı, reyslər təxirə salındı

“Türkiyə Hava Yolları” (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün planlaşdırılan bəzi daxili və xarici aviareysləri təxirə salıb.

ANS PRESS-in məlumatına görə, bu barədə cümə axşamı THY-nin internet saytında xəbər verilib.

THY-nin internet vasitəsilə verdiyi açılamada, bəzi qarşılıqlı səfərlərin hava şərtləri səbəbilə ixtisara salındığı bildirilir.

Açıqlamaya əsasən, “Türk Hava Yolları” əlverişsiz hava şəraiti ilə əlaqədar 457 uçuşu təxirə salıb. Uçuşların təxirə salınmasına səbəb gözlənilən güclü qardır.

Aviaşirkət tərəfindən ləğv edilən daxili və beynəlxalq reyslərin başqa tarixə keçirilməsi barədə məlumat verilmir. …read more

From:: ANS