Günün bürcü: stressdən qurtulun

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Mədəniyyət, incəsənət və ya dinə maraq artacaq. Yarımçıq işləri bitirməyə cəhd göstərin. Tələsik qərarlar verməyin. Yeni, orijinal və maraqlı ideyalar yarana bilər. Səfər, səyahət uğurlu alınacaq.
Günün ikinci yarısında müstəqillik, asudəlik istəyi arta bilər. Öz maraqlarınızı ön plana çəkərək yaxınlarınızın mənafelərini qulaq ardına vursanız, ciddi problemlərlə qarşılaşacaqsınız. İxtilaf və mübahisə də ola bilər. Özünüzü ələ alın.
Axşam saatlarında stressdən qurtulun.

Buğa – Maliyyə, sığorta, vergi və əmlakla bağlı məsələlərin həlli üçün münasib zamandır. Yaxın gələcəklə bağlı strategiyanı müəyyənləşdirin. Nikbin olun, sağlam məntiqi unutmayın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda təşəxxüslü, eqoist insan təsiri bağışlamayın.
Okkultizm, paranormal olaylar barədə məlumatlara marağınız arta bilər.
Ailə işlərinə və məişət qayğılarına vaxt ayırın. Yaşam arealını qaydaya salın, səliqəli olun. Yaxınlarınızı sevindirin.
Axşam saatları ünsiyyət, qonaq qəbul etmək üçün əlverişlidir.

Əkizlər – Məhsuldar, əlverişli zamandır. Kreativ olun, yeni tərəfdaş və ya şəriklər qazanmağa çalışın. Cari layihələri başa vurmamış yeni işə başlamayın. Maddi durumunuzu yaxşılaşdırmaq üçün gəlir mənbələrinin sayını və formasını artırmağa can atın.
Günün ikinci yarısı maliyyə məsələləri və hüquqi işlər üçün əlverişli zaman deyil.
Yaxınlarınız istəklərinizi dəyərləndirməlidirlər. Qayğıkeş, səmimi olun. Ailə üzvləri ilə təmaslarda harmoniyaya səy göstərin. Səhhətinizin qeydinə qalın. İdmanla da məşğul ola bilərsiniz.

Xərçəng – Adi günlərdən fərqli olaraq görüləsi işlərin sayı çoxdur. Diqqətli olun, önəmsiz məsələlərə fikrinizi yayındırmayın. Danışıqlar və zənglər vaxtınızı almasın. Səhhətinizin qeydinə qalın.
Nəyisə təcili almaq istəyəcəksiniz.
Günün ikinci yarısında yaşanan olaylarla bağlı tələsik qərar verməyin. Fəaliyyət prosesini kontrol altında saxlayın.
Romantik görüş zamanı deyil. Kobudluq və aqressivlik sizi pəjmürdə edə bilər.
Rasionunuza fikir verin. Mədənizdə ağrılar istisna deyil.

Şir – Əmlak və maliyyə məsələlərinin çözümünə elə səhər saatlarından başlayın. Fəal olun, süst davranmayın. Rəqiblərin sizi qabaqlamalarına imkan verməyin. Yetərincə riskli kommersiya əməliyyatından gəlir əldə edə bilərsiniz.
Yaradıcılıqla məşğul olan insanlar üçün münasib zamandır.
Günün ikinci yarısında yaşam arealında yenilənməyə başlayın. Sirlərinizi kimsə ilə bölüşməyin. Əks …read more

From:: ANS