Ərəb şeyxlərinin Azərbaycandakı 650 minlik maşını batdı (FOTO)

Ərəb turistləri Azərbaycan regionuna səfər zamanı qəzaya düşüblər.

ANS PRESS-in oxu.az-a istinadən məlumatına görə, təqribən 10-15 gün əvvəl ölkəmizə gələn ərəblərin “Mercedes-Benz Gelandewagen AMG 63 6×6” markalı avtomobili Neftçala rayonunda palçığa batıb. Ərəblərin batmış avtomobili digər “Mercedes-Benz Gelandewagen AMG 63 6×6” markalı avtomobil vasitəsilə ərazidən çıxarmaq cəhdi uğursuz alınıb, nəticədə avtomobilləri aşıb. Turistlərin köməyinə yerli camaat gəlib, belə ki, onlar aşmış “Mercedes-Benz Gelandewagen AMG63 6×6” markalı avtomobili “MTZ-80” markalı traktor ilə ərazidən çıxardıblar.

Əldə etdiyimiz məlumata görə, ərəblər azərbaycanlıların köməyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen AMG 63 6×6”-nın orta qiyməti 650 000 dollar təşkil edir.

Sözügedən ərəb turistlər fevral ayından ölkəmizdə səfərdədir. Onlar iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobilini Bakıya Dubay aviareysi ilə gətiriblər. Yerli KİV-in yaydığı məlumata görə ərəblər Azərbaycana nadir quşları ovlamaq üçün gəliblər.

…read more

From:: ANS