Mühüm Qarabağ bəyanatı

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda son vaxtlar yaranmış gərginliklə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Rusiya XİN-nin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ləngidir.

Təmas xəttində son vaxtlar yaranmış gərginliyin həyəcanverici olduğunu deyən Lukaşeviçin sözlərinə görə, cəbhədə gərgginliyi artması sülh danışıqlarını ləngidir.

“Cəbhədə gərginlik ATƏT-in bütün iştirakçı dövlətlərinin çalışdığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir edir”, – deyə Lukaşeviç bildirib. …read more

From:: ANS