BQXK Dilqəm Əsgərovun oğlunun ittihamlarına cavab verdi

BQXK Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlunun ittihamlarına cavab verib

Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, BQXK mandatına uyğun olaraq fəaliyyətini həyata keçirir. BQXK-nın mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mandata uyğun olaraq əlindən gələn bütün fəaliyyətini həyata keçirdiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Kəlbəcərdə doğmalarının məzarını ziyarət etməyə gedərkən ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov BQXK-nın Dilqəm Əsgərovla bağlı çatdırdığı məlumatlara inanmadığını bildirmişdi. O həmçinin BQXK, ATƏT, BMT-nin İnsan Hüquqları, Qaçqınlar üzrə Ali Komissarlığa müraciət etdiyini, lakin onlardan heç bir cavab almadığı demişdi. …read more

From:: ANS