“Şahdəniz”də hasilat artıb

“Şahdəniz” layihəsi üzrə fəaliyyətlərə keçən ildə təqribən 0,4 milyard dollar əməliyyat xərcləri və 3,9 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

“bp-Azərbaycan” şirkətindən ANS PRESS-ə bildirilib ki, 2014-cü ildə “Şahdəniz” yatağı Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib. İl ərzində yataqdan 9,9 milyard standart kubmetr qaz və 2,3 milyon ton (18,7 milyon barel) kondensat hasil olunub.

Mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılıb.

Bundan əlavə, mövcud quyuların etibarlılığı və bütövlüyünü gücləndirən bir sıra mühüm quyu işləri tamamlanıb və yeni hasilat quyusunun qazılmasına başlanılıb. İl ərzində “Şahdəniz-2” layihəsinin öncəqazma proqramına dəstək vermək üçün “İstiqlal” və Heydər Əliyev qazma qurğuları qazma əməliyyatlarını davam etdirib. Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına hazırlıq çərçivəsində 7 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə çatmaq üçün tələb olunan bütün quyuların təhvil verilməsi istiqamətində davam edəcək.

Məlumat verilib ki, “Şahdəniz 2” layihəsi çox yaxşı irəliləyiş edərək bir sıra işlərin vaxtından əvvəl görülməsinə, o cümlədən, tikinti sahələrinin modernizasiya olunması, platformaların üst modulları və dayaq bloklarının, sualtı qurğuların quraşdırılmasına başlanmasına nail oldu. Mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 10 milyard dollar dəyərində əsas müqavilələr imzalandı. Azərbaycanda bütün tikinti sahələrində işlər başlandı.

Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 9 500-dək işçi cəlb olunub və onların 90%-i Azərbaycan vətəndaşlarıdır.

Sentyabrın 20-də Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirilib. Bu, nəhəng “Şahdəniz” yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qazın təxminən 3 500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql edilməsinə imkan verəcək “Şahdəniz- 2” layihəsinin həyata keçirilməsində əlamətdar bir hadisə idi.

“Şahdəniz” layihəsi üzrə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Upsrim …read more

From:: ANS