İlham Əliyev “Euronews”a müsahibə verdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Son illərdə ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilir. “BakuTel” sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 20-ci dəfədir baş tutan “BakuTel” sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilib. Bu sərginin beynəlxalq nüfuzu Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyinin nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunub.

Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunun əyani təsdiqidir. Təsadüfi deyil ki, həmin ildə ölkəmiz üçün tarixi hadisə baş verdi -“Azərspace-1” ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu. Bundan əlavə, ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi də dövlətin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir. Artıq ölkədə İnformasiya texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti də bu sahənin inkişafına olan diqqətin əyani göstəricisidir. Bu mənada informasiya-kommunikasiya texnologiyaları üzrə qazanılan nailiyyətlərin və dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “BakuTel” sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir. Bu il sərgi və konfransın uğurlu fəaliyyətinin 20 illik yubileyinin qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Ötən 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkətin sərgiyə qatılması, xüsusilə də Prezident İlham …read more

From:: ANS