Lebedev Bakıdan üzr istədi

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək “Dövlət Sərhədi Haqqında” qanunu pozmuş Rusiya vətəndaşı Artemy Lebedev adının Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısından çıxarılması xahişi ilə Azərbaycana yazılı müraciət edib.

ANS PRESS-in xəbərinə görə, XİN-in məlumatında deyilir ki, məktubda A.Lebedev 2010-cu ilin iyulunda Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə səfər etdiyini yazıb. O, səfərlə bağlı əvvəlcədən Azərbaycan Respublikasının aidiyyəti təşkilatlarından rəsmi icazənin tələb olunmasını bilməyib. A.Lebedev Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.

A.Lebedev-in müraciətinə baxıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb. …read more

From:: ANS