Sərvətlə dənizə girdi (FOTO)

Dünyanın ən çox qazanan futbolçularından birinin həyat yoldaşı çimərlikdə hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, “Mançester Yunayted”də top qovan Ueyn Runinin cazibədar həyat yoldaşı çimərlikdə üzərində minlərlə dollar dəyərində olan zinət əşyaları ilə görüntülənib.

Runi ailəsi ilə istirahət etdiyi Barbadosda paparatsilərin kameralarına düşüb. Ailənin xanımı Kolley Runi bikinisini tamamlamaq üçün bahalı daş-qaşdan istifadə edib.

Onun üzərindəki rəngarəng çimərllik dəsti 210 funt sterlinq (təqribən 255 manat) dəyərində tanınmış bir firmaya məxsus olub. Runinin qulağındakı 5 karat briliyantı olan sırğa 400 min funt sterlinq (485 min manat) dəyərində olub.

Onun qolbağı 11 min funt sterlinq (13357 manat), boyunbağısı isə 3 min sterlinq (3641 manat) qiymətindədir.

İki uşaq anası 28 yaşlı Koleen Runi 100 min funt sterliq (121 min manat) dəyərindəki nişan üzüyünü isə heç vaxt barmağından çıxarmır.

Məşhur futbolçunun çimərlikdə üzərində olan ən ucuz şey isə günəş eynəyi olub – 170 funt sterlinq (210 manat).

Xatırladaq ki, Liverpulda anadan olan Koleen Runi 2008-ci ildə Ueyn Runi ilə ailəlidir. Cütlüyün münasibətlərinin tarixi isə daha qədimdir. Runinin uşaqlıq sevgisi olan qızla Barbadosda yay evləri var. Lakin bu onların yeganə mülkü deyil. Ən zəngin cütlüyün İngiltərə də də möhtəşəm villaları var.

…read more

From:: ANS