Mini ətək geyən qızlara təcavüz ediləcək

Türkiyənin Antalya şəhərindəki Kəpəz Atatürk Anadolu Litseyi müdir köməkçisi mini ətək geyinən qızların təcavüz edilməsinə tapşırıq verib.

ANS PRESS-in məlumatına görə, Filiz G. adlı müdir köməkçisi 31 sinif başçısını yığaraq toplantı keçirib. O, üzünü məktəblilərə tutaraq belə deyib: “Bu məktəbdə qızlar mini ətək, lasin geyirlər, amma məktəb paltarı geyinmirlər. Belə geyim təcavüzə şərait yaradan bir vəziyyətdir. Belə geyinənlər təcavüzü haqq edirlər. Oğlan şagirdlərdən bir qrup yaradacam. Onlar mini ətək geyən qızları əvvəl xəbərdar edəcək. Əgər davam etsələr təcavüz ediləcək. Təcavüz edilib narahat olandan sonra düzgün geyinməyə başlayacaqlar”.

Sözügedən toplantı 9 fevralda olub. Sinif başçılarının bəziləri müdir köməkçisinin söylədiklərini müəllimlərinə çatdırıblar. 10 fevralda isə mövzu müəllimlər təşkilatının yığıncağında gündəmə gətirilir.

Müdir köməkçisi Filiz G. ilə bir müəllim arasındakı dialoq hətta yığıncağın protokollarında qeydə də alınıb. Protokolda yazıldığına görə, müdir köməkçisi söylədikləri təkzib edilməyib: “Bəli, söylədim. Həddini aşanlara göz yumsaq, təcavüz edilsə kim günahkar olacaq?” deyərək, haqlı olduğunu isbat etməyə çalışıb.

Doğan Xəbər Agentliyinin müxbiri müdir köməkçisi ilə əlaqə saxlayaraq, litseydə mini ətək geyinən qızların təcavüz edilməsinə tapşırıq verməsi ilə bağlı danışdırmaq istədikdə, Filiz G. belə cavab verib: “Qısa ətəklilərlə mübarizə dəstəsi quracağı iddialarını qəbul etmirəm. Şagirdlərimlə danışdığım hər şey mənim şəxsi məsələmdir”. …read more

From:: ANS