Bakıda yol təmiri təxirə salındı

Paytaxtda təmirə bağlanacaq yol təxirə salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri hələlik saxlanılıb.

Nəqliyyat vasitələrinin hərəkətində yarana biləcək sıxlıq nəzərə alınaraq yolun təmiri həftəsonuna təxirə salınıb.

Hal-hazırda yolda nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, dünəndən etibarən Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmışdı. İşlərin başa çatması 20.02.2015-ci il tarixindən 09:00-a kimi nəzərdə tutulmuşdu. …read more

From:: ANS