“Traktorsazi” liderliyi itirdi

İran çempionatında XIV turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, “Traktorsazi” “Fulad”ın qonağı olub.

Hesabı 4-cü dəqiqədə Təbriz klubundan Lusiano açıb. 13-35-ci dəqiqələrdə iki qol vuran “Fulad” hesabda önə keçib. 56-cı dəqiqədə Lusiano dubl edərək, bərabərliyi təmin etsə də, “Fulad” 60-cı dəqiqədə qələbə qolunu vurub.

Bu nəticədən sonra “Traktorsazi” uzun müddətdir qərarlaşdığı turnir cədvəlinin birinci pilləsini əldən verib. Təbriz klubunun aktvində 28 xal var və lider “Neft”dən (Tehran) 2 xal geri qalır. …read more

From:: ANS