Bakıda yeni saxtakarlıq növü

Bakı sakini Sahib köhnəlmiş telefonunu yenisi ilə əvəzləmək qərarına gəlir. Əlindəki nəğd pulla mobil telefon satılan mağazaya yollanır. Satıcı gənc oğlanı böyük hörmətlə qarşılayır və ona son model telefonlar göstərir.

Ancaq bu zaman Sahibin gözü telefonların qiymətinə sataşır. Bütün mobil qurğular vitrində öz bazar qiymətindən 25-30 manat baha qiymətə qoyulub. Satıcı ilə söhbətdən sonra məlum olur ki, bütün telefonların üzərinə sığorta qiyməti əlavə edilib. Sahib telefonunu sığortalamaq istəmədiyini və məbləği ödəməkdən imtina etmək istədiyini bildirib. Ancaq Sahibin bu istəyinə satıcı mənfi cavab verib və bildirib ki, sığorta qiyməti ödənilməlidir. Mağazanın sığorta şirkəti ilə müqavilə bağladığını əsas gətirən satıcı məhz buna görə öhdəlik götürdüklərini və alıcının bu məbləği məcbur ödəməli olduğunu qeyd edib.

Sözsüz ki, Sahibin başına gələn bu hadisə bütün telefon mağazalarına şamil edilmir. Çünki bəzi mağazalarda sığorta müştərilərə sadəcə olaraq təklif olunur. Yəni, könüllü şəkildə bu proses tətbiq edilir. Ancaq bəzi hallarda alıcı bu cür mənfi hallarla rastlaşır. Mütəxəssislər qeyd edir ki, sığortanın məcburi tətbiq edilməsi istehlakçının hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Hüquqşünas Ələsgər Məmmədli ANS PRESS-ə açıqlamasında qeyd edir ki, bəzi mağazalar bu yolla istehlakçıları aldadır və qazanc əldə edirlər. Mütəxəssisin fikrincə alınan istənilən cihaza müəyyən bir müddətə də olsa zəmanət verilməlidir və burada hər hansı bir əlavə ödənişdən isə söhbət belə gedə bilməz:

“İstehsalçı şirkətin təklif etdiyi mala qarantiya verilməlidir. Əgər bu zəmanət verilmirsə, o zaman malın orijinal olmasında şübhə yaranır. “İstehlakçıların hüquqlarının qorunması” haqqında qanundala müştərinin hüquqları qorunur. İstənilən mala zəmanət verilməsini satıcı öz üzərinə götürməlidir. Çünki, ona da bu zəmanəti istehsalçı şirkət verir. Yəni, bu mal ölkəyə qanuni yolla daxil edilirsə və brend markanın rəsmi satış təmsilçisi tərəfindən satılırsa zəmanət malın qiymətinə daxil edilməlidir. Heç bir qarantiya olmadan malın satılması cihazın mənşəyi haqqında şübhə yaradır. Belə çıxır ki, mağazalarda zəmanətsiz satılan brendlər orjinal deyil”.

Avadanlıqlara qarantiya verən mağazalar isə verilən zəmanətin hüquqi prosesə …read more

From:: ANS