“İstək” liseyinə qeydiyyatı başladı!

“İstək” liseyində bütün siniflər üzrə məktəblilərin sənəd qəbuluna başlanıb. ”İstək” liseyi yeni milli təhsil brendidir və bütün ölkə üzrə fəaliyyət göstərən əhatə dairəsi mövcuddur.

“İstək” liseyinə qəbul test üsulu ilə həyata keçiriləcək. Test sualları Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumrespublika tədris proqramı əsasında tərtib olunub.

Bununla yanaşı, 6-cı sinif şagirdləri üçün lisey tərəfindən xüsusi imkan da yaradılıb. Onlar öz bilik və bacarıqlarını yoxlamaq üçün 9 mart tarixində təşkil olunacaq sınaq imtahanına qatıla bilərlər.

“İstək” liseyinin əsas məqsədi təhsil alan şagirdləri keyfiyyətli təhsillə təmin etməkdir və bunun üçün bütün imkanlar yaradılıb. Liseydə təhsil alan şagirdlər bir sıra amillərə əsasən keyfiyyətli təhsil alırlar. İlk növbədə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş kurikulum, həmçinin beynəlxalq proqramların tədris prosesində intensiv olaraq tətbiqi; ikinci, bütün fənlərin praktiki məşğələlərlə tədrisi, zəngin kitabxana, idman, maddi-texniki baza və, nəhayət, şagirdlərin hərtərəfli inkişafına imkan yaradan unikal proqramlar.

Liseyin İcraçı Direktoru Anar Məmmədov bildirib ki: “Liseyə müəllimlərin toplanması istiqamətində mühüm işlər görülüb. Biz Azərbaycanda və xaricdə təhsil sahəsində 20 ildən artıq təcrübəyə malik olan müəllim kollektivi toplamışıq. Liseylərimizdə dərs deyən müəllimlərin şagirdləri hal-hazırda dünyanın bir çox tanınmış ali təhsil müəssisələrində təhsil alan və ya məzunu olub, bir çox beynəlxalq olimpiadalarda qalib olmuşdur. Əminəm ki, belə pedaqoji heyət və qurulmuş sistemlə biz şagirdlərimizi gələcəkdə ən yüksək hədəflərə çatmaları, həmçinin ölkəmizə və cəmiyyətimizə fayda verə bilmələri üçün lazımi bilik və bacarıqlarla təmin edəcəyik.”

Liseyə qəbul üçün qeydiyyat 15 Mart 2014-cü il tarixinədək davam edir.
Ətraflı məlumat üçün liseyin saytına www.istek.edu.az, facebook səhifəsinə https://www.facebook.com/istekliseyi və ya 012-4654737 nömrəsinə müraciət edə bilərsiniz.

Məlumat üçün qeyd edək ki, ”İstək” liseyi təhsil sahəsində yeni milli brenddir və hazırda Azərbaycanın 7 şəhərində – Bakı, Gəncə, Ağdaş, Quba, Mingəçevir, Lənkəran və Şirvan şəhərlərində fəaliyyət göstərir. Liseydə tədris prosesi Azərbaycan və rus dillərində aparılır. Həm Bakıda, həm də sadalanan digər şəhərlərdə şagirdlər üçün yataqxanalar mövcuddur ki, …read more

From:: ANS