Matəmimizə son qoyuruq (VİDEO)

Rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən “Qanlı yanvar” filminin yaradıcı heyəti ilə ilk dəfə olaraq bu gün mətbuat nümayəndələri ilə görüşdü və maraqlı məlumatları jurnalistlərlə bölüşdülər.

ANS TV-nin məlumatına görə, konfransda toplaşan “Qanlı yanvar” filminin yaradıcı və işçi heyəti, film barəsində, aktyorların canlandırdığı obrazlar haqqında mətbuat nümayəndələrinə məlumat verdilər. Rejissor Vahid Mustafayev bu filmi ilə insanların beynində 20 Yanvar haqqında formalaşmış fikirlərin dəyişdirə biləcəyinə ümid etdiyini vurğuladı.

“25 il dözdüyümüz matəmə, mən “Qanlı yanvar” filimi ilə son qoymaq istəyirəm. Və istəyirəm ki, artıq 20 Yanvar Azərbaycan xalqının ürəyində, qəlbində bir müstəqillik mücadiləsi, bir qəhramanlıq və şərəf səhifəsi kimi qalsın”, – deyə filmin rejissoru Vahid Mustafayev bildirdi.

Azərbaycanın müstəqillik tarixindən danışan bir filmdə toplaşan çoxmillətli yaradıcı heyəti, çəkilişlərin gedişatından söhbət açaraq, öz rolları haqqında ağız dolusu danışdılar. Filmdə qəhrəmanlardan birinin anası rolunu canlandıran Türkiyənin məşhur aktrisası Nebahet Çehre, tamaşaçıların bu filmdə yeni bir Nebaheti görəcəklərini dedi:

“Biz qardaş ölkəyik. Mən burada darıxmadım. Dilimiz, dinimiz və görüşlərimiz eynidir. Çox xoşbəxtəm, eyni zamanda həyacanlıyam. Hesab edirəm ki, çox gözəl bir əsər yaratdıq. Hər kəs – bütün aktyorlar və kollektiv bu filimə ürəyini qoydu”.

Filmdə daha bir məşhur sima Okeanın o tayından gələn, Amerikanın tanınmış aktyoru Lane Devisdir. O, filmdə canlandırdığı amerikalı jurnalist obrazının əslində özünə çox yaxın olmasından danışdı:

“Bir neçə yüz il əvvəl Amerika da müstəqillik uğrunda mübarizə aparmış və buna nail olmuşdur. Yeni nəslə demək lazımdır ki, Azadlıq və müstəqillik öz qiymətinə sahibdir və bu filim zamanında çəkilib”.

Rejissyor Vahid Mustafayev mətbuat konfransının sonunda filmin çəkilişlərində iştirak edənlərə və Azərbaycanın müstəqillik tarixini əks etdirən kinolentin hazırlanmasına dəstək olanlara minnətdarlığını bildirdi.

Vahid Mustafayev filmin çəkilişinə dəstəyə görə, prezident İlham Əliyevə təşəkkürünü bildirdi:
“Hər bir filimimdə olduğu kimi, prezidentin bir komanda üzvü kimi, bir gözəl insan kimi dəstəyini həmişə görürəm. Və komanda adından ona təşəkkürümu bildirmək istəyirəm”.

Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olan 20 Yanvar tarixinin olduğu kimi ekranlaşdırılması …read more

From:: ANS