Dünya azərbaycanlıları birləşəcək

Azərbaycan diasporu informasiya mərkəzi fəaliyyətə başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə İKT üzrə ekspert Cahid İsmayıloğlu bildirib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub.

Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb.
Həmin Azərbaycan diaspor təşkilatları tərəfindən ildən-ilə say və keyfiyyətcə çoxalan müxtəlif tədbir və layihələr həyata keçirilir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə müxtəlif layihələr reallaşdırılır. Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı 100-ə yaxın, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə 65 tədbir təşkil edilib.

Mərkəz www.diaspor.az veb saytı vasitəsi ilə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin operativ və müntəzəm işıqlandırılmasını təmin edəcək. …read more

From:: ANS