“Romeo və Culyetta”nın skeletləri tapıldı (FOTO)

Peloponnes ərazisində işləyən yunan arxeoloqlar gənc oğlan və qızın qucaqlaşmış şəkildə skeletlərini tapıb.

ANS PRESS-in məlumatına görə, müəyyən olunub ki, skeletlərin 5,8 min il yaşı var.

Cütlüyün cinsi münasibət zamanı öldüyü güman olunsa da, ölümün dəqiq səbəbini hələ ki, müəyyən etmək mümkün olmayıb. Qalıqlar 25 yaşına çatmamış oğlan və qıza aiddir.

Qucaqlaşan skeletlərin yanında keramik qab və muncuqlar da tapılıb. Məzar təqribən bizim eradan əvvəl 3 800-cü ilə aid edilir. Mütəxəssislər bildirirlər ki, bu Yunanıstanda tapılan ən qədim məzardır.

Arxeolaqlar heyətinin nümayəndəsi Anastasia Palatanassio bildirib ki, arxeoloqlar “Yunan Romeo və Culyetta” üzərində bütün lazımi tədqiqatları aparıblar.

…read more

From:: ANS