Şuşaya gedən maşın quyuya düşdü

Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində hərəkətdə olan avtomobil quyuya düşüb. ANS PRESS-in məlumatına görə, sürücü Nemətov Əhəd Məmməd oğlu taksi kimi idarə etdiyi “FIAT” markalı minik avtomobili ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olarkən təxminən 3 metr dərinliyi olan quyuya düşüb. Sərnişinlərin olmadığı avtomobilin sürücüsü öz imkanı ilə xəndəyə düşmüş nəqliyyat vasitəsindən çıxıb. Yüngül xəsarət almış Əhəd Nemətov sonradan xəstəxanaya müraciət edib.

Şahidlərin sözlərinə görə, qazıntı işləri 1 aya yaxın imiş aparılırmış. Ancaq bu müddətdə quyu açıq olaraq qalıb. Hətta bəzi xəbərdaredici nişanlar qoyulsa da, onları uzaqdan görmək mümkün deyil. Üstəlik yalnız şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən nişanları görmək olur. Hava limanına tərəf gedəndə isə nişanlar tərsinə qoyulduğundan və yollar işıqlandırılmadığından sürücüləri qarşıda necə bir təhlükənin gözlədiyini təsəvvür etmək çətindir.

Xəndəyin hansı qurum tərəfindən qazıldığı hələlik məlum olmasa da, yaxınlıqda yaşayanlar işlərin xeyli müddətdir dayandırıldığını deyir.

Avtoqəza ilə bağlı araşdırmalar Sabunçu polisi tərəfindən aparılır. …read more

From:: ANS