Günün bürcü: zədələrdən qorunun

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – enerjiniz çoxdur, amma ondan məhsuldar şəkildə yararlanın. Ətrafınızdakı insanlara qarşı sərt mövqe tutmayın.

Belə davranış münasibətlərdə harmoniyaya səbəb olmayacaq. Yumşaq olun, həssas davranın. Çətinlikləri dəf edərək daha pozitiv ola bilərsiniz.
Yaxınlarınızın qəlbini yaralamayın.

Ailə üzvləriniz sizdən açıqlama gözləyirlər. Maliyyə məsələlərində düşünülməmiş addımlar atmayın.

Axşam saatlarında yaşam potensialınız yüksək olacaq. Aktiv istirahəti seçin.

Buğa – yeni işə başlamaq, yaşamda nəyisə dəyişmək olar. Ambisioz planlar qurmaqdan çəkinməyin. Risk edin ki, ciddi uğur əldə edə biləsiniz.

Yeni ideyanın reallaşmasına dərhal başlayın. Vaxt itirmək və ya nəyisə təxirə salmağın heç bir əsası yoxdur.

Şəxsi münasibətlər müstəvisində baş verən hadisələr sizi sevindirə bilər. Hisslərinizi nizama salın, sevdiyiniz insanla ünsiyyətdə qabalıq etməyin.

Tərslik etməyin, mürəkkəb situasiyada güzəştə gedin. Belədə uduzmazsınız.
Axşam saatlarında əhvalınız pisləşə bilər.

Əkizlər – səfər, səyahət və ya ezamiyyətdə olanları uğur gözləyir. İşgüzar ünsiyyət çevrəsini genişləndirə bilərsiniz. Təmaslarda səmimilik, nikbinlik qarşı tərəfin rəğbətini qazanmağa yardım edəcək.

Maliyyə problemlərini həll edərkən sayıq olun, aldanmayın.
Şəxsi münasibətlər müstəvisində situasiya sakit deyil. Xoşagəlməz vəziyyət yarana bilər. Münaqişə və ya qarşıdurma riski var.

Daha fəal olun. Yaxınlarınıza yardım edin. Məhz bu gün sizdən kömək uman insanları incitməyin.
Axşam saatlarında istirahət edin.

Xərçəng – iş üçün əla gündür. Peşəkar müstəvidə qarşınıza qoyduğunuz məqsədə çatacaq, tapşırıq və öhdəlikləri yerinə yetirəcəksiniz.

Yeni məhsuldar əməkdaşlığa başlaya bilərsiniz. Cazibədar kommersiya təklifinin alınması istisna deyil.
Gəlirləriniz arta bilər. Uzunmüddətli sərmayələrdə yanılmayın.

Şəxsi həyatınızda köklü dəyişikliklər istəyi var. Amma qəti və sərt addımlar atmağa tələsməyin. Yaxın gələcəyinizi planlaşdırın, prioritetləri müəyyənləşdirin.

Alınan bütün, hətta ən paradoksal təklifləri diqqətsiz qoymayın.

Şir – ətrafınızdakı insanlara təsir imkanlarınız artıb. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bu şansdan yararlanın.

Səbr və təmkinlə davransanız, ən cəsur planlarınızı reallaşdıra bilərsiniz.
Yarımçıq qoyduğunuz işi başa vurun.

Şəxsi münasibətlər müstəvisində ciddi yeniliklər və dəyişikliklərə bel bağlamayın. Qohumlara və sevdiyiniz insana təzyiq göstərməyin. Ailə …read more

From:: ANS