Bakıda meydana çıxan erməni (FOTO)

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib. ANS PRESS-in məlumatına görə, qarşılaşma “Əlincə” stadionunda baş tutub.

Qarşılaşma 2:1 hesabı ilə Rusiya yığmasının xeyrinə başa çatıb. Hesabı 42-ci dəqiqədə Oruc İsmayılov açsa da, sonradan iki qol vuran ruslar əzmkar qələbə qazanıblar.

Bakıda baş tutan görüşün iştirakçıları arasında erməni futbolçu da olub. Rusiya vətandaşı olan David Kazaryan oyunun ikinci hissəsində meydana çıxıb.

Qeyd edək ki, fevralın 20-də “Bakcell Arena”da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

…read more

From:: ANS