Daha bir məşhur müğənnidən Elnura dəstək gəldi (FOTO)

Demet Akalin Elnur Hüseynov üçün dəstək istəyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Demet öz rəsmi ” instagram ” səhifəsində paylaşıb.

“O səs Türkiyə”də final axşamı Elnura dəstək vermək istəyirsinizsə, Elnur mahnısını oxuyarkən “Elnur” yazıb 1890-a SMS göndərə bilərsiniz”, – yazan Akalin bütün pərəstişkarlarını finalda səs verməyə çağırıb.

Qeyd edək ki, bu dəqiqələrdə “O səs Türkiyə” müsabiqəsinin final gecəsi keçirilir. Yarışmada iştirakını davam etdirən yeganə azərbaycanlı müğənni Elnur Hüseynov finalda çıxış edib. O, finalda məşhur “O sole milo” mahnısını oxuyub.

Elnur mahnını ifa etdikdən sonra tamaşaçılar onun səhnəni tərk etməməsini istəyib. “Bir daha, bir daha”, deyə qışqıran tamaşaçılar ondan mahnını yenidən ifa etməsini tələb ediblər.

…read more

From:: ANS